Kiyev Moskva ilə münaqişənin uzanacağına hazır olmalıdır, xüsusən də onun döyüş meydanında istifadə oluna biləcək gizli potensialı var.

Tezadlar.az xəbər verir ki, Politoloq və Nyu York Universitetinin beynəlxalq siyasət professoru Mark Qaleotti bu barədə “The Times” qəzetinin köşə yazısında yazıb, lakin o, nə demək istədiyini açıqlamayıb.

“Rusiyanın nəhəng gizli potensialını dərk edən Ukrayna münaqişənin kobud, yorucu bir döyüşə çevrilməsinin qarşısını almağa çalışmalıdır”, - Qaleotti bildirib.

Onun sözlərinə görə, Ukrayna yaz və yay aylarında Rusiya ordusunu geri çəkilməyə məcbur edəcək uğurlu hücuma ümid edir. Bununla belə, Qaleotti qeyd edib ki, əks-hücumun uğurlu olub-olmayacağı hələ aydın deyil.

Bundan əvvəl ABŞ Dəniz Piyadaları Korpusunun kəşfiyyatının təqaüdçü zabiti Skott Ritter Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücum təşkil edə bildiyinə şübhə edirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN