Aprelin 2-də Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov,  Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai rayonu ərazisində yerləşən 64 saylı məktəbin müəllim və şagirdləri, döyüş yoldaşları  Aprel döyüşlərində şəhid olan Rəşad Niftalılının ailəsini ziyarət ediblər.

Şəhidin valideynlərinə belə qəhrəman övlad yetişdirdiklərinə görə minnətdarlıqlarını ifadə edən  Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov və  YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Aprel döyüşlərinin tarixi Zəfərimizə gedən yolun  başlanğıcı olduğunu  qeyd ediblər. Bildiriblər ki, Aprel Zəfəri Ordumuzun, gücünün, qüdrətinin dünyaya nümayişi oldu. Rəşad kimi qəhrəmanlarımızın həyat yolu, torpaq, Vətən sevgisi gələcək nəsillər üçün bir məktəbdir. Şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirik.

Daha sonra Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov,  YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhidin məzun olduğu Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Yaşar Ömərov, Xətai rayonu  64 saylı məktəbin müəllim və şagirdləri, şəhidin  döyüş yoldaşları, ailə üzvləri, doğmaları  Rəşad Niftalılının Müşfiqabad qəsəbəsində məzarını ziyarət ediblər.

Bir daha qeyd olunub ki, şəhidlərimiz hər zaman xalqımızın qəlbindədir, onların hər birinin həyat yolu qəhrəmanlıq dastandır. Torpaq, Vətən  uğrunda canını fəda edən Vətən övladları ölümləri ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalırlar. Gənclərimiz  belə qəhrəmanlarımızı tanımalı və tanıtdırmalıdırlar. Dövlətimizin hər zaman şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı göstərdiyi qeyd edilib.

Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhid Rəşad  Şakir oğlu Niftalılı 1993-cü ildə Zəngilan rayonunda anadan olub. Xətai rayonu 64 saylı orta məktəbi bitirib.  Azərbaycan Texnologiya Universitetində təhsil alıb.  Ali məktəbi bitirdikdən sonra 2015-ci ildə Səfərbərlik və Hərbi xidmətə çağrış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Aprel döyüşlərində Seysulan məntəqəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Rəşad Niftalılı ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN