Azərbaycanın Qarabağ diyarında qanunsuz faydalı qazıntılar aparan erməni separatçılarının əməllərinə qarşı ekofəalların dirənişi davam edir...

Artıq bu dirəniş və səbrin 113 günüdür. Bülbül Ev Muzeyinin direktoru "Təzadlar"ın əməkdaşına bildirib ki, aksiya iştirakçıları ötən gecə də yüksək fəallıq nümayiş etdiriblər və ənənəvi şüarlarını səsləndiriblər, ermənilərə məxsus naməlum yüklü avtomobillərin keçidinə imkan verməyiblər. Amma humanitar yüklərə yol daim açıqdır. "Ekofəalların Azərbaycan Dövlət Himninin səsləndirilməsi uzaqdan belə eşidilir. Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər və Rusiyanın hərbi kontingentinin əsgər və zabitlərinə çatdırırlar... Həmçinin üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırırlar, şüarlar səsləndirirlər. Bilirsiniz ki, onların  tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Onların səbrinə heyranam...".

 

Aksiya davam edir.

SƏRİYYƏ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN