Azərbaycanın Qarabağ bölgəsində qanunsuz qazıntı işləri aparan ermənilərin əməllərinə ekofəalların etirazlarının artıq 117-ci gündür.

Şuşa Bülbül Ev Muzeyinin direktoru Fəxrəddin Hacıbəylidən bu soyuq hava şəraitində ekofəalların əhval-ruhiyyəsini soruşduq. F.Haclbəyli bildirdi ki, aksiya bu qədər müddətdə davam edirsə və fəallar dirəniş göstərirsə, bu onların nə qədər səbrli olduqlarına bir işarədir: "...Biz demək olar hər gün onlara baş çəkirik, qayğıları ilə maraqlanırıq. Şuşaya gələn əcnəbi qonaqlarla onları tanış edirik. Qonaqlar bu gənclərin uzun müddətdir etdikləri tələblərinin üzərində dayandıqlarını biləndə heyran qalırlar. Artıq dünya ictimaiyyəti də başa düşür və bilir ki, bu aksiya da Azərbaycanın haqq işinin tərkib hissəsidir. Biz öz suveren ərazimizdə terror yuvasını istəmirik! Tələb budur!"

Aksiya isə tələblər yerinə yetirilənədək davam edəcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN