Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ tərəfindən izlənilməsi faktı üzə çıxandan sonra da onun hərəkətlərinə nəzarət aradan qaldırılmayacaq. Əksinə, çox güman ki, Ukraynanın planlaşdırılmış əks-hücum əməliyyatı ilə bağlı xəbərləri nəzərə alaraq, prezident üzərində nəzarət ancaq gücləndiriləcək.
Tezadlar.az xəbər verir ki, bunu lenta.ru ilə söhbətində politoloq Aleksandr Asəfov deyib.
“Biz görürük ki, Pentaqonun sızdırılmış sənədləri mahiyyəti üzrə mübahisə etmir, yalnız bəzi məqamları tənqid edir. Görünür, reallıq və uydurmanın belə qəribə qarışığının şahidi oluruq. Amerikalıların Zelenskinin arxasınca getməsi gülməli faktdır ki, ona heç bir inam yoxdur”, - deyə Asəfov bildirib.
O, etiraf edib ki, Birləşmiş Ştatlar Ukrayna rəhbərinin hansısa gözlənilməz, idarəolunmaz addımlar ata biləcəyindən ehtiyat edir, ona görə də onun hərəkətlərini iki dəfə yoxlamağa məcburdurlar. Müşahidə faktının xoşagəlməz olmasına baxmayaraq, Asəfov hesab edir ki, onun açıqlanması iki ölkə arasında münasibətlərə az təsir edəcək.
“Bu, Zelenski üçün xoşagəlməz olsa da, onun üzərində nəzarət ancaq gücləndiriləcək. Ukrayna Silahlı Qüvvələrinin hücumu Amerika planına uyğun olaraq baş tutmalıdır, bu o deməkdir ki, ABŞ Ukrayna siyasətinin bütün sahələrinə, o cümlədən prezidentin hərəkətlərinə nəzarət etməlidir”, - həmsöhbət izah edib.
Bundan əvvəl şəbəkədə Pentaqonun məxfi fayllarının yeni hissəsinin tapıldığı məlum olub. Xüsusilə, ABŞ-ın Vladimir Zelenskiyə qarşı casusluq etdiyi açıqlanan sənədlərdən məlum olub. Həmçinin, məlum olub ki, Zelenski Rostov vilayətində rus qoşunlarının yerləşdirildiyi yerlərə zərbələr endirməyi təklif edib.
E.ŞİRİNOV