Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində yenə də tıxac yaranıb.
Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı xülasəyə əsasən xatırladır ki, hazırda Da yollardakı vəziyyət ötən günlərdəki və dövrlərdəki kimi xoşagələn deyil.
Bəli, dəfələrlə yazılmasına və deyilməsinə baxmayaraq nədənsə aidiyyəti rəsmi qurumlar bu vəziyyətdən çıxış yolu tapmağa tələsmirlər. Halbuki vəziyyətin belə davam etməsi gələcəkdə daha ciddi problemlərə yol açandır, Bakıda isə tıxaclara səbəb olan bir neçə amil var ki, onların ya qarşısı alınmalıdır, yaxud aradan qaldırılmalıdır. Belə ki, Bakının mərkəzində göydələnlərin tikintisi ilə nəqliyyat sahibi olan əhalinin mərkəzə daşınmasının qarşısı alınmalı, paytaxtan bölgələrə giriş-çıxış yollarına alternativ yollar çəkilməlidir. Çünki bölgələrə gedib-gələn bütün nəqliyyat vasitələri 30-50 il əvvəl çəkilmiş mərkəzi yollara daxil olur, uzun illərdir genişləndirilməyən küçələr isə tıxaclara dirənir.
XXX
Beləliklə, bu da Bakının bu səhərə olan tıxac mənzərəsi:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
7. Babək prospekti, mərkəz istiqamətində;
8. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
Bax belə... Sürücü və sərnişinlərə isə hələki səbrlə itirilən vaxta və gecikdirilən iş yerinə və s. görə dözmək qalır...
A.Məmmədli