Ali Rada Belarusla informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlığa dair sazişi birtərəfli qaydada ləğv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak məlumat verib.
"Ukrayna ilə Belarus Respublikası arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişin ləğvi üçün lehinə 288 deputat səs verdi", - o, Telegram kanalında yazıb.
Aprelin 4-də Ukrayna Nazirlər Kabineti də Belarus hökuməti ilə turizm sahəsində əməkdaşlıq haqqında sazişə birtərəfli qaydada xitam verib.
2022-ci ilin yazından etibarən Ukrayna hakimiyyəti Belarusla çoxsaylı əməkdaşlıq sazişlərini denonsasiya etməyə başlayıb. Bundan əlavə, Kiyev birtərəfli qaydada Minsklə qardaşlaşma əlaqələrini kəsdi, Ukraynanın digər şəhərləri də Belarus şəhərləri ilə qardaşlaşmanı dayandırdı.
E.ŞİRİNOV