Nyu-York polisi şəhərin metrolarında patrul xidməti göstərmək və cinayətkarlıqla mübarizə aparmaq üçün robotlardan istifadə etməyə başlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə şəhər polis rəisi Kiçanta Syuelə istinadən “New York Post” qəzeti yazıb.
"Müasir şəhərimizi və gələcək dünyamızı qorumaq üçün əməkdaşlarımızın bu işi təhlükəsiz və səmərəli şəkildə yerinə yetirmək üçün lazım olan alətlər, təlimlər və texnologiya ilə təchiz edilməsi vacibdir", - Syuel deyib.
Qəzetin yazdığına görə, polis artıq ümumi dəyəri təxminən 750 min dollar olan iki "rəqəmsal itdən" istifadə edir. Onlar mikrofon, kamera və sensorlarla təchiz olunub. Bu "rəqəmsal itlərin" maksimal hərəkət sürəti təxminən 1,6 km/saat təşkil edir. “Fırıldaqçı robot” ləqəbli robotlar şəhərin əsas meydanı, Tayms Meydanı və metro stansiyalarında patrulluq edir.
Bundan əvvəl Amerikanın San-Fransisko şəhərinin Müşahidə Şurası polisə cinayətkarları məhv etmək üçün robotlardan istifadə etməyi qadağan etməyə səs verib. Şuranın sədri Din Prestonun sözlərinə görə, sakinlər şəhəri “qatil robotlar üçün yer deyil” hesab edirlər.
E.ŞİRİNOV