Ukrayna maliyyə baxımından mövcud olmayan ölkədir, ABŞ və Avropa Kiyevə dəstəyi dayandıran kimi Rusiya ilə münaqişə sona çatacaq.

Tezadlar.az-ın məlumatına görə, bunu Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiosunun efirində deyib.

“Əslində, Ukrayna maliyyə baxımından mövcud olmayan ölkədir. İqtisadi göstəricilərin aşağı düşməsi böyükdür, bu, münaqişə səbəbindən tamamilə başa düşüləndir. Aydındır ki, Ukrayna özünü maliyyələşdirə bilməz”, - V.Orban deyib.

O, vurğulayıb ki, sual Qərbin Ukraynanı dəstəkləməyə davam edib-etməyəcəyindən gedir. Avropa Kiyevə kömək üçün on milyardlarla avro xərcləyir və “bunun sonsuza qədər davam edə bilməyəcəyi” göz qabağındadır.

"Amerika və Avropa bu suala "yox" cavabını verdikləri anda münaqişə sona çatacaq", - Viktor Orban deyib.

Xatırladaq ki, daha əvvəl Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko Avropa ölkələrini “Qazprom”la müqavilələrin uzadılması ilə əlaqədar Macarıstana təzyiq göstərməyə çağırmışdı. Onun fikrincə, Moskva ilə Budapeştin əməkdaşlığı münaqişənin gərginləşməsinə səbəb ola bilər.

Eyni zamanda, Macarıstanın hakim Fides partiyasının kommunikasiyalar üzrə rəhbəri İştvan Hollik ABŞ-ın təzyiqi səbəbindən Macarıstanın Ukrayna böhranı ilə bağlı mövqeyini dəyişməyəcəyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN