Ölkənin paytaxtı Xartumda çevik qüvvələrlə Sudan ordusu arasında döyüş toqquşmaları davam edir, Moskva isə "yaxın bir neçə saat ərzində" vəziyyətin silahlı mərhələdən danışıqlar mərhələsinə keçəcəyini gözləyir.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın Sudandakı səfiri Andrey Çernovol məlumat verib.

"Şəhərdə çevik qüvvələrlə ordu arasında döyüşlər gedir. Ümid edirik ki, yaxın saatlarda bu qarşıdurma hərbi silahlı fazadan çıxacaq və döyüşən tərəflər arasında danışıqlara çevriləcək", - deyə o bildirib.

O əlavə edib ki, Sudandakı səfirlik Rusiya vətəndaşlarına qarşıdurmalarla əlaqədar evdə qalmağı və pəncərələrə getməməyi tövsiyə edir. Təsirə məruz qalan ruslar haqqında məlumat yoxdur.

Əl-Hədas telekanalının daha əvvəl xəbər verdiyi kimi, xüsusi təyinatlılar komandanlığı şənbə günü ordu hissələrinin onun Xartumdakı qərargahına “hər növ ağır və yüngül silahlardan” istifadə edərək hücum etdiyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN