Ukraynanın müdafiə naziri Aleksiy Reznikov Rusiyanın xüsusi hərbi əməliyyatı (XHƏ) başa çatdıqdan sonra dərhal istefa vermək istədiyini etiraf edib.

O, bu barədə İspaniyanın “La Razon” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, XHƏ-nin bitdiyi gün o, nəhayət, istefa məktubunu imzalaya və özəl sektora qayıda biləcək. Reznikov bu vəzifəyə təyin olunanda həyat yoldaşının ağladığını deyib.

Nazir həmçinin qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ona Müdafiə Nazirliyinə rəhbərlik etməyi təklif edəndə çox təəccüblənib. O, Ukrayna liderinin qərarını onunla izah edib ki, Reznikov baş nazirin müavini olanda bir yerdə çox vaxt keçiriblər və Zelenski onu vəkil olduğu vaxtdan tanıyıb.

Münaqişə zamanı Ukraynanın itkilərindən danışan Müdafiə Nazirliyinin rəhbəri bu məlumatı açıqlaya bilməyəcəyini qeyd edib. O, ancaq “Türkiyədəki zəlzələ zamanı olduğundan daha azdır” ifadəsi ilə cavab verib. Son rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 50 mindən çox insan həlak olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN