Yaponiya hökuməti Moskvanın Kuril adalarının cənub hissəsində raket təlimləri keçirmək planları ilə bağlı Rusiyaya etiraz edib.

Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

Rusiya hakimiyyətinin Yaponiya Sahil Mühafizəsinə göndərdiyi bildirişə əsasən, aprelin 18-dən aprelin 22-dək İturup adası ərazisində raket atışları təlimlərinin keçirilməsi planlaşdırılır. Təlim zonasına Tokionun özünün hesab etdiyi və “şimal əraziləri” adlandırdığı ərazi daxildir.

“Biz etiraz etdik, çünki Rusiyanın şimal ərazilərində hərbi varlığının gücləndirilməsi ölkəmizin mövqeyinə ziddir”, - Matsuno bildirib.

Xatırladaq ki, bundan əvvəl Rusiya dəfələrlə Kuril adalarında keçirilən hərbi təlimlərə görə Tokionun etiraz cəhdlərini yersiz adlandırıb. Rusiya Xarici İşlər Nazirliyində qeyd edib ki, cənub Kuril adaları ölkənin ayrılmaz hissəsidir və onların Rusiyaya mənsub olması şübhə doğurmur.

2022-ci ilin martında Rusiya Xarici İşlər Nazirliyi Moskvanın İkinci Dünya Müharibəsindən sonra bağlanmayan sülh müqaviləsi məsələsi ilə bağlı Tokio ilə danışıqları dayandırdığını elan edib. Səbəb Ukrayna münaqişəsinə görə Yaponiyanın Rusiyaya qarşı birtərəfli sanksiyaları olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN