FTX Moskva vilayəti ərazisində və Novosibirskdə terror aktları planlaşdıran qadağan olunmuş İŞİD liderlərindən birinin fəaliyyətini dayandırıb.
Tezadlar.az bildirir ki, bu barədə FTX-nin Moskva və Moskva vilayəti üzrə mətbuat xidmətindən məlumat verilib.
“Rusiya FTX “İslam Dövləti” beynəlxalq terror təşkilatının liderlərindən birinin (Rusiya Federasiyası ərazisində qadağan olunmuş), Tacikistan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Nazarov T.M.-nin qanunsuz fəaliyyətini dayandırıb. Nəzərov T.M.-nin Moskva vilayətinin ərazisində və Novosibirskdə insanların sıx toplaşdığı yerlərdə, o cümlədən Rusiya Dəmir Yollarının obyektlərində partlatmağı planlaşdırdığı kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə etməklə təxribat və terror aktları törətmək məqsədi ilə terror qruplaşması yaratdığını müəyyən edib.
E.ŞİRİNOV