ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə gəlib.

Tezadlar.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, o, Vaşinqtonun ölkənin işlərinə qarışdığına görə ora çağırılıb.

Xatırladaq ki, aprelin 17-də Treysi, həmçinin Böyük Britaniya və Kanada da daxil olmaqla 25 ölkədən 39 digər diplomat Vladimir Kara-Murza (Rusiyada xarici agent kimi tanınıb) barəsində hökmün elan edilməsinə qatılıb. O, dövlətə xəyanətdə, saxtakarlıq yaymaqda və arzuolunmaz təşkilata rəhbərlik etməkdə ittiham edilərək 25 il sərt rejimli koloniyada cəza alıb. Görüşdən sonra ABŞ, Böyük Britaniya və Kanada səfirləri məhkumun azadlığa buraxılmasını tələb ediblər.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkələrin səfirləri Rusiyanın işlərinə kobud müdaxilə və diplomatik statusa uyğun gəlməyən fəaliyyətə görə idarəyə çağırılıb. Nazirliyin sözçüsü Mariya Zaxarova bəyan edib ki, ölkələrin Rusiya cəmiyyətində nifaq və düşmənçiliyi qızışdırmağa yönəlmiş istənilən hərəkəti dayandırılacaq. Bu işlə məşğul olan diplomatlar ölkədən çıxarılacaq.

Qeyd edək ki, bu gün, aprelin 18-də Treysi casusluqda şübhəli bilinərək saxlanılan Wall Street Jornal jurnalının jurnalisti Evan Qerşkoviçin həbsindən verilən şikayətə baxan Moskva Şəhər Məhkəməsinin iclasında da iştirak edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN