Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştin Ukraynadakı xüsusi əməliyyatın qalibi kimi hansı tərəfi görür - Rusiya, yoxsa Ukrayna sualına cavab verməkdən yayınıb.
“Bi-Bi-Si”-nin “Hardtalk” proqramında söhbət zamanı o, aparıcı Stiven Sakurla münaqişədə qalibin ola biləcəyinə inanmadığını deyib. Onun sözlərinə cavab olaraq Siyarto Kremlin maraqlarını qorumaqda ittiham olunub. O, Rusiya tərəfi ilə heç bir müqaviləsinin olmadığını vurğulayıb.
Siyarto daha əvvəl Rusiya ilə NATO arasında birbaşa qarşıdurmadan qaçmaq zərurətindən danışıb və Çinin Ukraynadakı münaqişəni həll etmək planının Avropaya sülh gətirə biləcəyi fikrini bildirib.
Keçən həftə Siyarto “Qazprom” ilə Macarıstana mümkün qaz tədarükünə dair müqavilənin müddətinin daha əvvəl imzalanmış uzunmüddətli müqavilələrin həcmindən artıq uzadıldığını elan etdi.
Xatırladaq ki, nüvə enerjisi üzrə müqavilə hələ 2014-cü ildə, qaz üzrə uzunmüddətli müqavilə isə 2021-ci ildə imzalanıb.
E.ŞİRİNOV