Almaniya kansleri Olaf Şolts Çinin baş naziri Li Qianqı Berlində danışıqlara dəvət edib.

Tezadlar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb. İclas iyunun 20-nə təyin edilib.

Agentlik qeyd edir ki, Almaniya “Avropa ilə Çin arasında gərginliyi azaltmağa çalışır”.

Bloomberg-in məlumatına görə, Şolts iqlim dəyişikliyi kimi problemləri həll etmək üçün Pekinin dəstəyini "əsas tərəfdaş kimi" cəlb etməyə çalışacaq, həmçinin Tayvanda status-kvonun hər hansı dəyişikliyi üçün "qırmızı xətlər" təyin edəcək.

Almaniya müəyyən mənada Pekini rəqib kimi görsə də, Şolts mühüm tərəfdaş və alman ixracatının əsas istiqaməti olan Çinlə əlaqələrin kəsilməsinə qarşıdır.

Qeyd olunur ki, Çin və Almaniya hökumət başçılarının görüşü bir neçə aydır ki, hazırlaşırdı, lakin bu barədə hələlik rəsmi məlumat verilmir.

Bundan əvvəl “Der Spiegel” Almaniyanın xarici işlər naziri Annalena Burbok ilə çinli həmkarı Qin Qanq arasında Pekində baş tutan danışıqları dəyərləndirib. Ekspertlərin fikrincə, onların açıqlamaları arasında ziddiyyət çox güclü olub. Analitiklər də iki dövlətin xarici işlər nazirlərinin görüşünü Almaniya və Çinin dünya siyasətinə baxışlarının qarşıdurma meydanı adlandırıblar.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi Almaniyanın xarici işlər naziri Annalena Burbok ilə danışıqlar zamanı bildirib ki, Çin vətənin birləşdirilməsi məsələsində Almaniya hakimiyyətinin dəstəyinə ümid edir.

Almaniya kansleri Olaf Şolts 4 noyabr 2022-ci ildə Pekinə səfər edib və burada Çin Prezidenti Si Cinpin ilə görüşüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN