Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin TPT telekanalı məlumat yayıb.

İki ölkə liderinin müzakirə etdiyi mövzular dəqiqləşdirilməyib.

Aprelin 26-da Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki, “Akkuyu” AES-ə nüvə yanacağının verilməsi mərasimindən əvvəl Ərdoğan Putinlə telefon danışığı aparacaq. Rusiya və Türkiyə prezidentləri onlayn rejimdə iştirak edəcəklər.

“Akkuyu” AES Türkiyənin ilk atom elektrik stansiyasıdır. Rusiyanın qabaqcıl VVER-1200 reaktorları ilə təchiz edilmiş AES-in dörd blokunun hamısı istifadəyə verildikdə, stansiya bütün Türkiyənin tələbatının 10%-ni ödəyəcək elektrik enerjisi istehsal edəcək. “Akkuyu” AES-in birinci enerji blokunun tikintisi 2018-ci ilin aprelində, ikincisi 2020-ci ilin aprelində, üçüncüsü 2021-ci ilin martında, dördüncüsü isə 2022-ci ilin iyulunda başlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN