Sudan Çevik Qüvvələri (Xüsusi Qüvvələr) humanitar atəşkəsin daha 72 saat uzadıldığını açıqlayıb.

Bu barədə TASS xüsusi təyinatlıların sosial şəbəkələrdəki bəyanatına istinadən xəbər verir.

“Biz bu gün gecə yarısından başlayaraq humanitar atəşkəsin 72 saat uzadıldığını elan edirik”, - bəyanatda deyilir.

Bundan əvvəl Sudanın Səhiyyə Nazirliyi aprelin ortalarından bu yana ölkədə baş verən silahlı münaqişənin qurbanlarının sayının 528 nəfər olduğunu bildirmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN