DünənTbilisinin Respublika meydanında genişmiqyaslı "Gəlirəm" adlı aksiya baş tutub.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, aksiya "budur naməlum" adlı hərəkatın təşkilatçılığı ilə keçirilib. Aksiya iştirakçılarının sözlərinə görə, aksiyanın əsas məqsədi ölkənin sülh siyasətinə dəstək verməkdir. Mitinqin təşkilatçıları Respublika meydanına toplaşan ictimaiyyət qarşısında çıxış ediblər.
Aksiyanın təşkilatçılarından biri, aktyor Zaza Papuaşvili çıxışı zamanı bir neçə tələb irəli sürüb: “Biz Gürcüstan hökumətindən tələb edirik ki, “Milli Hərəkat”ın 2004-2012-ci illərdəki diktatura rejiminə siyasi-hüquqi qiymət verilsin və müvafiq hüquqi mexanizmlərlə tətbiq edilsin. Hökumət işsizliyi, aşağı maaşları və yoxsulluğu aradan qaldıracaq suveren iqtisadi siyasətin həyata keçirilməsinin qayğısına qalmalıdır. Biz həmçinin Avropa İttifaqı və digər dövlətlərin siyasətçilərindən Gürcüstanın dövlət suverenliyinə hörmət etməyi tələb edirik. Biz onlardan qəti şəkildə daxili ictimai siyasi işlərə qarışmamağı tələb edirik. Tərəflər arasında münasibətlər hörmət və tərəfdaşlığa əsaslanmalıdır, məktəblərdə fundamental təhsilin tətbiqi, təhsil müəssisələrində gənclərin ideoloji işlənməsini dayandırmaq, demoqrafik vəziyyəti düzəltmək üçün effektiv dövlət proqramı həyata keçirilməlidir, narkotiklərlə bağlı bir sıra məsələləri təkmilləşdirmək; LGBT təbliğatı qanunla qadağan edilməli və qanunvericilik bazası tənzimlənməlidir”.
Sosial şəbəkələrdə də yazırlar ki, təşkilatın belə irimiqyaslı mitinqinə maneçilik olmayıbsa, deməli, niyyəti hakimiyyətin xoşuna gəlib...
XƏYYAM