Bu gün gecə saatlarında jurnalistin “Lexus RX-300” markalı avtomobili naməlum şəxs tərəfindən yandırılıb.

Qazaxıstan Respublikasının Atırau şəhərində “Kazinform”un müxbiri Viktor Sutyaginin avtomobili yandırılıb.

Hadisənin baş verməsi anbaan  videomüşahidə kamerasına düşüb.

Jurnalist mediaya açıqlamasında bildirib ki, gecə avtomobilini xiyabanda qoyub gedib və saat 00:00 radələrində çıxıb yoxlayarkən “hər şey yaxşı idi”.

“Qonşunun videokamerasından görünür ki, saat 02:24-də bir kişi yaxınlaşıb, kapotda nəsə edib, sonra isə partlayış səsi eşidilir. Çox güman ki, o, özü də xəsarət alıb. Başqa heç kim zərər görməyib. Qonşuların yaxınlıqda maşını olub, lakin onlar onu uzaqlaşdıra biliblər”, - deyə jurnalist diqqətə çatdırıb.

Viktor Sutyaginin uzun illər “Xəbər” telekanalında bölgə müxbiri işlədiyi, tənqidçi, ictimai fəal jurnalist olduğu bildirilir.

Bu hadisənin jurnalistin vətəndaş fəaliyyəti ilə bağlı olub-olmadığını istintaq müəyyən edəcək.

Qeyd edək ki, polisia.kz-nın Telegram kanalının məlumatına görə, Atırau vilayətinin polis idarəsi jurnalist Viktor Sutyaginin avtomobilində baş verən yanğına münasibət bildirib.

Məlumatda açıqlanır ki, mayın 11-də saat 04:21-də Atırau polis idarəsinin əməkdaşları tərəfindən Nauryzəliyev küçəsində evin yaxınlığında yanan “Lexus RX-300” markalı avtomobil aşkar edilib və dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

“Heç bir partlayış əlaməti yox idi. Hadisə yerində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. İlkin səbəb araşdırılır”, - deyə polisdən bildiriblər.

Zərərçəkmişin ifadəsi İİVR-də (İbtidai istintaqın vahid reyestri) “Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə” cinayət maddəsinin 3-cü hissəsi ilə qeydə alınıb.

P.S. Xatırladaq ki, Azərbaycanda da bənzər hadisə 7-8 il öncə peşə fəaliyyəti ilə bağlı Asif Mərzilinin başına gəlmişdi və baş verənlər videomüşahidə kameralarına düşmüşdü. Əvvəlcə jurnalistin yaşadığı mənzil benzin tökülərək yandırılıb. Lakin vaxtında müdaxilə nəticəsində söndürülüb. Daha sonra avtomobili yandırılıb.

Təəssüf ki, cinayətkarlar və ehtimal olunan sifarişçi hələ də yaxalanmayıb...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN