Rusiya prezidenti Vladimir Putin NATO-nu uğurla məğlub etdi, blok Avropadan bütün silah və qoşunlarını çıxarmalıdır.

Tezadlar.az xəbər verir ki, bunu Demokratlar Partiyasından Kentukki ştatının qubernatorluğuna namizəd Cefri Yanq “Twitter” səhifəsində yazıb.

Amerikalı siyasətçi yazıb: “Putin aqressiv, kütləvi qətllər, müharibə cinayətləri, özünü NATO adlandıran şər imperiyanı uğurla məğlub etdi”.

O qeyd edib ki, Rusiya lideri beynəlxalq hüquq normalarına uyğun hərəkət edir və ABŞ bunu hər gün pozur. Yanq NATO-nu “Avropa və Asiyadan bütün silahları və qoşunları daimi olaraq çıxarmağa” çağırıb.

Bundan əvvəl alyansın hərbi komitəsinin rəhbəri admiral Rob Bauer blok ölkələrinə Rusiya ilə mümkün münaqişə barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, NATO “münaqişənin hər an onların qapısını döyə biləcəyinə hazır olmalıdır”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN