"Rusiya Qarabağ üzrə vasitəçi rolunu yerinə yetirir və Ermənistanla Azərbaycandan təmkinlik gözləyir..."

Tezadlar.az  Rossiya24-ə istinadla bildirir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan və Azərbaycan sərhədindəki son gərginliyi jurnalistlərə şərh edərkən belə deyib. Sitat: "Elə srağagün Putin Moskvada Ermənistanın baş naziri Paşinyanla ayrıca söhbət etdi, Azərbaycan tərəfilə də əlaqələr davam edir".

O deyib ki, Putinin Yerevanla Bakı arasında yeni  gərginlik fonunda Paşinyan və Əliyevlə əlaqələri "hazırda planlaşdırılmır", lakin Moskva üçtərəfli sənədlərə uyğun olaraq öz funksiyalarını yerinə yetirməyə davam edəcək. "Əlbəttə ki, biz tərəflərdən təmkinli yanaşma gözləyirik və gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməyə çağırırıq".

Gərginlik isə artıq son həddədir. Azərbaycan tərəfi dünən şəhid verdi. Ermənistan bununla nə demək istəyir, həqiqətən də maraqlı sualdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN