Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ-nin Ukrayna münaqişəsinin "həll yolunun axtarışı" üçün Çinlə "ciddi qarşılıqlı fəaliyyətə" hazır olduğunu açıqlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Financial Times” yazır.

Nəşr yazır ki, Borrell Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinə məktub göndərib və orada Ukrayna məsələsində blokun Pekinlə ciddi əməkdaşlığa hazır olduğunu vurğulayıb və Aİ “Çindən gələn bütün müsbət addımları alqışlayır”.

Avrodiplomatiyanın rəhbəri, həmçinin, Aİ-ni birliyə üzv dövlətlərin ABŞ-ın Çinə daha sərt yanaşmasını qəbul etmək istəmədiklərinə işarə edərək, “inkişaf etməkdə olan ölkələrin artan gücünü əngəlləmək” istəməmələrini təmin etməyə çağırıb.

“Brüssel həmçinin nəzərə almalıdır ki, bir çox ölkələr Çinin geosiyasi təsirini Qərb və Avropaya qarşı tarazlıq kimi görür və onlar tərəf tutmadan öz manevr imkanlarını artırmağa çalışacaqlar”, - Borrell bildirib.

Fevralda Çin Ukraynadakı vəziyyəti həll etmək üçün öz sülh planını təklif edib. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Qərb və Kiyev buna hazır olduqda planın bir çox bəndləri nizamlanma üçün əsas götürülə bilər.

Ukraynada bu plan tənqid edilib. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri bildirib ki, bu plan münaqişənin “dondurulmasına” və Ukraynanın “itkisinə” gətirib çıxaracaq. Prezident Vladimir Zelenski Pekini Kiyev planına qoşulmağa dəvət etdiyini, lakin Çin hakimiyyətinin ona cavab vermədiyini söyləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN