Bu gün bir çox ölkələrin mətbuatında  92 yaşlı amerikalı milyarder Corc Sorosun ölümü ilə bağlı şayiələr yayılıb.

 Corc Sorosun qulağı bu xəbəri tez duyub. Və özü Tvitterdə ölümü ilə bağlı yayılan xəbərləri təkzib edərək, “sağ və salamat olduğunu” deyib.

"İnfarkt keçirdiyim barədə yayılan xəbərlər tamamilə yalandır. Sağ və sağlamam", - o yazıb.

Qeyd edək ki, Corcun rəhbərlik etdiyi Soros Fondu ilə bağlı xoşagələn məlumatlar yoxdur. Fond bütün dünyada araqarışdıran kimi ad qazanıb. Bir çox ölkələrdə üsyanlar, dövlət çevrilişləri... məhz bu fondun hesabına maliyyələşir. Soros daima Azərbaycan əleyhinə də fəaliyyət göstərib və Ermənistanla iş birliyindədir. Hətta AŞPA-da təmsil olunan deputatlardan da bir çoxunun bu fond tərəfindən maliyyələşdirildiyi bildirilirdi. Onlar hər fürsətdə ölkəmizi hədəfə almağa çalışırlar. Fond dünyanın bir sıra media orqanlarını da ələ alaraq maliyyələşdirir və istədiyi ölkə əleyhinə əks təbliğat aparır.

 Fond indiyədək Ermənistana milyonlarla dollar vəsait ayırıb.

Sorosun Azərbaycan və Türkiyə əleyhinə olması bütün atdığı addımlarla sübut olunur.

Bəli, bu gün KİV-də Sorosun ölümü ilə bağlı vaxtından qabaq məlumatlar yayıldı. Və o, "o dünyadan xortlayaraq" "sağ və sağlam" olduğunu bəyan etdi.  92 yaşlı Sorosun yavaş-yavaş ölümə doğru getdiyi danılmazdır. Lakin əsas odur ki, onun ölümündən sonra da "cırtdan soroslar" onun qoyduğu yolu davam etdirib cücərməsinlər...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN