Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.

Tezadlar.az xəbər verir ki, yerli vaxtla saat 17:00-da ölkədə bütün seçki məntəqələrində səsvermə yekunlaşıb və məntəqələr bağlanıb.

Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib.

Prezident vəzifəsi uğrunda iki namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN