Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya lideri Vladimir Putinlə danışmadığını bildirib.

Tezadlar.az-ın məlumatına görə, o, İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində deyib ki, buna səbəb Qərbdə bu cür təmaslara qərəzli münasibətdir.

O, Aİ ölkələrinin bir çox liderlərinin bu və ya digər şəkildə Rusiya prezidenti ilə əlaqə saxladığını vurğulayıb.

“Məncə, kimsə ilə danışmaq pis deyil. Amma mən bunu etmirəm, çünki hamı deyərdi: “Serblərə bax”. Bizə nəyi qadağan etmək istəyirlərsə, özlərinə icazə verirlər”, - Vuçiç bildirib.

Xatırladaq ki, Serbiya prezidenti ötən bazar ertəsi, mayın 30-da minlərlə kosovo serbinin polisin öz ərazilərindən çıxarılmasını tələb edərək küçələrə çıxdığı Kosovoda vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya və Çin səfirləri ilə görüşüb.

Vuçiç qeyd edib ki, bu məsələ ilə bağlı ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və İtaliya səfirləri ilə də görüşəcək. Söhbətdə Aİ-nin Serbiyadakı daimi nümayəndə heyətinin rəhbəri də iştirak edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN