Rusiya Federasiyasının silahlı qüvvələri FTX-nin sərhəd xidməti ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin yaraqlılarının Belqorod vilayətinin Şebekino şəhərində dinc sakinlərə qarşı yeni terror aktı törətmək cəhdinin qarşısını alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə iyunun 1-də Müdafiə Nazirliyi məlumat yayıb.

“Moskva vaxtı ilə saat 3 radələrində Belqorod vilayətində mülki hədəflərin intensiv atəşə tutulmasından sonra Ukraynanın terrorçu birləşmələri tanklarla gücləndirilmiş iki motoatıcı rotanın qüvvəsi ilə Novaya Tavoljanka qəsəbəsi və Şebekino beynəlxalq avtomobil keçid məntəqəsi yaxınlığında Rusiya Federasiyasının ərazisini işğal etməyə cəhd göstərib", - nazirlikdən bildirilib.

Rusiya hərbçiləri ukraynalı yaraqlıların üç hücumunu dəf edib. Qərb Hərbi Dairəsinin ordu aviasiyası düşmənə 11 dəfə zərbə endirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, raket qoşunları və artilleriya bölmələri tərəfindən 77 atəş missiyası yerinə yetirilib, Ukrayna Silahlı Qüvvələrinə daha iki hücum ağır alovlu sistemlərlə həyata keçirilib.

“Qərbi Hərbi Dairəsinin Dövlət Sərhədinin və Rusiya FTX-nin mühafizə bölmələrinin fəal hərəkətləri nəticəsində xeyli itki verən Kiyev rejiminin terrorçu birləşmələri geri çəkilib”, - Müdafiə Nazirliyi əlavə edib.

Dövlət sərhədinin pozulmasına yol verilməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN