Ukrayna Prezidenti Vladimir Zelenski iyunun 1-də Kişinyovda Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə görüşüb.

Tezadlar.az bildirir ki, bu barədə AK rəhbəri öz Tvitter səhifəsində məlumat verib.

Cümə axşamı Ukrayna lideri Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Moldovaya gəlib.

"Uşaqların Beynəlxalq Müdafiəsi Günündə biz bütün dünyanın diqqətini ukraynalı uşaqların acınacaqlı vəziyyətinə cəlb etmək istəyirik", - AK rəhbəri özü və Zelenski ilə fotosunun altına yazıb.

Bundan əvvəl həmçinin Almaniya kansleri Olaf Şolts, eləcə də Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Vladimir Zelenskinin Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində üçtərəfli danışıqlar aparacağı bildirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN