Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edən ölkələr, xüsusən də Avropa haqqında danışıb.

O, bunu Estoniya prezidenti Alar Karislə keçirdiyi birgə mətbuat konfransında deyib.

Zelenski Rusiya Federasiyasının sanksiyalardan yan keçdiyi ölkələrlə ictimai mübarizəyə başlamağa söz verib.

"Sanksiyalardan yan keçməklə, düzünü desəm, bu xüsusi mübarizədə bir az da yoruldum. Düşünürəm ki, bu sanksiyalardan yan keçməyə imkan verənlərlə açıq mübarizəyə başlayacağam", - Zelenski bildirib.

Onun sözlərinə görə, sanksiyalardan yayınma imkanı sayəsində Rusiya raket istehsalını artıra bilər.

 Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

 Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Və artıq bir ildən çoxdur ki. Ukraynada qanlı müharibı gedir. Qərbin, AK-nın sanksiyaları da, xarici banklardakı aktivlərinin dondurulması da Rusiyanı geri çəkilməyə məcbur edə bilməyib...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN