Artıq Rusiya mediası da Ukrayna ordusunun uğurlarını üstüörtülü də olsa etiraf edir...

Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin axşam müraciətində bu barədə deyib.

Tezadlar.az Azadlıq Radiosu-nun Ukraynadakı müxbirinin reportajına istinadla bildirir ki, Rusiya hərbçiləri bir müddət əvvəl ələ keçirdikləri əraziləri tərk edərək qaçırlar. Jurnalist yazır ki,  “Ukrayna hərbçiləri cəbhədə irəliləyib və Rusiya işğalçılarını geri oturda bildilər, bunu azad edilmiş ərazilərdə Ukrayna bayrağının dalğalanması da sübut edirdi...”.

Ukrayna prezidenti Zelenskinin isə azad edilmiş ərazilərə səfər etməsi məlum olur. Prezident döyüşçülərə minnətdarlıq edib və deyib: "Döyüşçülərimiz cəbhənin bəzi ərazilərində irəliləyir, bir sıra ərazilərdə isə mövqelərini müdafiə edir və işğalçıların hücumlarına və gücləndirilmiş hücumlarına müqavimət göstərirlər. İtirdiyimiz mövqelər yoxdur. Yalnız azad edilmiş ərazilər. Düşmənin yalnız itkiləri var və bunu hamı görür...".

Xatırladaq ki, Rusiya mediasında elan edilməmiş səfərbərlik barədə məlumatlar da var. Şikayətçi əsgər anaları müharibənin dayandırılmasını tələb edirlər. Ölkədən qaçan çağırışçılar barədə də yetərincə məlumatlar yayılmaqdadır.
Müharibə isə davam edir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN