NATO-nun baş katibi Mark Rutte Şimali Makedoniya nümayəndəsi Radmila Sekerinskanı alyansın baş katibinin müavini vəzifəsinə təyin edib.

Tezadlar.az bu barədə müvafiq bəyanata istinadən xəbər verir.

Rutte bildirib ki, Sekerinska “NATO-ya səmimi inanır və nə qədər iş görülməli olduğunu bilir”.

Bundan əvvəl yeni baş katibin müavini Şimali Makedoniya baş nazirinin Avropaya inteqrasiya üzrə müavini və ölkənin Müdafiə Nazirliyinin rəhbəri vəzifələrində çalışıb, o cümlədən dövlətin 2020-ci ildə alyansa daxil olması ərəfəsində. Şekerinska 2024-cü ilin sonuna qədər yeni vəzifəsində fəaliyyətə başlayacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN