Bir neçə saat əvvəl Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərinə “İskender-M” raketəri ilə zərbə enidirib...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, zərbə nəticəsində ən azı 8 nəfər həlak olub, 40 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.  Məlumatda bildirilir ki, Rusiyanın Odessaya atdığı “İskender-M” ballistik raketi Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Sitat: “Təəssüf ki, vurulmuş raket Odessa şəhərinin Primorsk rayonunda yaşayış məhəlləsində düşüb. Binada və ətraf ərazidə yanğın olub. Xeyli sayda ölən və yaralanan var”, - deyə məlumatda qeyd olunur.  Odessa Vilayət Adminsitrasiyaslnın rəhbəri Oleq Kiper bildirib ki, ilkin məlumata görə, 8 nəfər həlak olub, xeyli yaralı var. O, həlak olanlar arasında mülki şəxslərin polislərin və tibb işçilərinin olduğunu da əlavə edib.

Rusiyanın hərbi- siyasi rəhbərliyi bir daha sübut edir ki, bu müharibədı irəli getmək çətin, geri durmaq ölümə bərabər əməldir! Ehtimal olunur ki, Ukrayna ordusu da bu gecə Rusiyanın bu raket zərbəsini cavabsız qoymayacaq.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN