Gürcüstan seçkilərdən sonra vəziyyəti izləmək üçün assosiasiyanın respublikaya göndərəcəyi Avropa İttifaqının (Aİ) missiyası ilə işləməyə hazırdır. “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze Brüssellə əməkdaşlığa hazır olduğunu bildirib.
Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.
“Əlbəttə, biz işləməyə hazırıq. Hec bir problemi yoxdur. Seçkilərdən sonra ikinci gün baş nazir (İrakli Kobaxidze) çıxıb birbaşa dedi ki, əgər sualınız varsa, xahiş edirəm, bura seçki məntəqələridir, biz onları yenidən sayacağıq”, - hakim partiyanın baş katibi bildirib.
O, əlavə edib ki, parlament seçkiləri rəqabət şəraitində keçib və onların nəticələrinin saxtalaşdırılmış kimi tanınması üçün heç bir əsas yoxdur.
Qeyd edək ki, bundan əvvəl Tbilisidə müxalifətin parlament seçkilərinin nəticələrinə qarşı keçirdiyi aksiyanın dağıdılması zamanı 16 nəfər saxlanılıb. Bundan əvvəl etiraz aksiyasında etirazçılarla polis əməkdaşları arasında qarşıdurma başlayıb.
E.ŞİRİNOV