"Mənim təklifim ondan ibarətdir ki, Gürcüstan hökumətinə axın edən proqramların əhəmiyyətli bir hissəsinin dəstəklənməsi dayandırılsın".

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu sözləri Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell Aİ Xarici Əlaqələr sessiyasından əvvəl jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, sözügedən məbləğ Gürcüstanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarına sərf ediləcək. Sitat: “Aydındır ki, Gürcüstan məsələsi bu gün hamının müzakirə etdiyi məsələdir. Konkret qərarlar qəbul edilməlidir. Mənim təklifim ondan ibarətdir ki, hökumətə axın edən proqramların əhəmiyyətli bir hissəsinin dəstəklənməsi dayandırılsın. Yüz milyon avrodan çox vəsait dondurulacaq və bu vəsait hökumətə deyil, vətəndaş cəmiyyəti təşkilatlarına yönləndiriləcək. Biz bu pulu vətəndaş cəmiyyəti təşkilatlarına verəcəyik ki, ədalətli seçkilər uğrunda mübarizədə onlara dəstək olsun. Avropa İttifaqı gürcü xalqına dəstəyini davam etdirəcək".

 Borell qeyd edib ki, Gürcüstan hökuməti öz Aİ yoluna qayıdana qədər üzvlük prosesi də dayandırılıb.

Belə başa düşmək olar ki, Gürcüstanın hazırkı hakimiyyəti Rusiya meyilli olduğundan Avropanın qəzəbinə və sanksiyalarına tuş gəlib. Rusiyanın isə Gürcüstana maliyyə yardımı etməsi Ukraynadakı müharibə səbəbindən mümkünsüz görünür.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN