Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağıran Serbiyanın iqtisadiyyat naziri Rade Basta tutduğu vəzifədən uzaqlaşdırılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Veçerne Novosti” mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, müvafiq sorğunu baş nazir Ana Brnabiçə baş nazirin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç və Birləşmiş Serbiya Partiyasının lideri Draqan Markoviç Palma göndərib.
“Sənəddə onlar göstərdilər ki, Bastanın nazir vəzifəsinin də daxil olduğu koalisiya tərəfindən irəli sürüldüyü bütün vəzifələrdən istefa verməsi üçün son tarix var”, - materialda deyilir.
Bundan əvvəl Bastanın “Vahid Serbiya”dan qovulduğu və partiyanın sədr müavini vəzifəsindən uzaqlaşdırıldığı bildirilirdi. Buna səbəb onun Rusiyaya qarşı sanksiyalar tətbiq etmək və Belqraddakı etirazlara qoşulmaq çağırışları olub.
E.ŞİRİNOV