Ukrayna qoşunlarının əks-hücum əməliyyatında uğur qazanmamasında qərb ölkələri günahkardır.
Tezadlar.az xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Onun fikrincə, Qərbi lazımi silah-sursatla təmin etməyə inandırmaq üçün lazım olan vaxtda Rusiya istehkamlar sistemi, dərin səngərlərlə müdafiə xətləri və minalanmış sahələr qurdu.
“Rusiya cəbhəsini yarmaq üçün ağlabatan və balanslı yanaşma tələb olunur”, - deyə Podolyak qeyd edib.
O, həmçinin bildirib ki, əks-hücum “Hollywood blokbasteri” deyil, ona görə də “fəaliyyəti gözləmək və popkorn almaq” lazım deyil.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri iyunun əvvəlində əks-hücum əməliyyatına başlayıb. Ukrayna ordusu çox böyük itki verir. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Rusiya Silahlı Qüvvələri Kiyevin əks-hücumunda iştirak edən 13 mindən çox ukraynalı əsgəri məhv edib.
CNN Qərb ölkələrinin iki nümayəndəsinə və Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən bildirib ki, Ukraynanın əks-hücumları heç bir istiqamət üzrə ümidləri doğrultmur.
Ukrayna prezidenti Vladimir Zelenski etiraf edib ki, Ukrayna qoşunlarının irəliləməsi Kiyev və Qərbin “istədiyimizdən daha yavaş”dır.
E.ŞİRİNOV