Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Rusiyadakı vəziyyət barədə telefonla məlumat verib.
Tezadlar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Rusiya prezidenti silahlı üsyana cəhdlə bağlı ölkədəki vəziyyət barədə məlumat verib", - Rusiya liderinin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, Ərdoğan hərbi üsyanı yatırmaq üçün etdiyi hərəkətlər fonunda Rusiya rəhbərliyinə dəstəyini ifadə edib.
“Türkiyə Cümhuriyyətinin prezidenti Rusiya rəhbərliyinin addımlarını tam dəstəklədiyini bildirib”, - Kremlin məlumatda deyilir.
E.ŞİRİNOV