...Onların sevincini və həsrət dolu baxışlarını anlamaq həm də çətin deyil... .
31 illik ayrılıqdan sonra doğma yurda qayıdışdan, ata ocağını ziyarət etməkdən, o əzəmətli dağlara salam verib buz bulaqlardan halallıq almaqdan qiymətli nə ola bilər ki?!
Elə bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınır... Onlar 53 nəfərdən ibarət 15 ailədir, doğma yurduna geri dönürlər. Bu dəfəki köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindəndir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən "Təzadlar"a bildirilib ki, bu dəfə köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə yerləşdiriləcəklər.
Doğma yurda qayıdışıçız-Qarabağa 30 ildən sonrakı köçümüz mübarək!
A.Məmmədli