İran hökuməti Rusiyada baş verən qiyamla bağlı birmənalı fikir bildirməyib.

 Belə ki, Tehran Rusiyada hərbi qiyamın başlamasına ehtiyatla reaksiya verib.

İran Xarici İşlər Nazirliyi bu gün “Vaqner” ÖHŞ-nin hərbi qiyam təşkil etməsinə reaksiya verərək bildirib ki, Tehran Rusiyada qanunun aliliyinin qorunmasının tərəfdarıdır.

 Eyni zamanda, qurumun rəhbəri Naser Kanaani əlavə edib ki, İran üçün Rusiyanın cənubunda baş verən hadisələr Rusiya Federasiyasının daxili işidir.

***

Xatırladaq ki,  iyunun 24-ə keçən gecə "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojin Rusiya Federasiyasının Müdafiə Nazirliyini ÖHŞ-in düşərgəsinə raket hücumunda ittiham edərək, Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı üsyan və Moskvaya yürüş elan edib. ÖHŞ-in yaraqlıları Rostov-Dona daxil olaraq hərbi və inzibati obyektləri ələ keçiribilər.

 Vladimir Putin xalqa televiziya ilə müraciətində  bunu “kürəyindən bıçaq zərbəsi” və “xəyanət” adlandırıb və qiyamın təşkilatçılarının “qaçılmaz cəzaya məruz qalacağını” bildirib. Moskvada, Moskva vilayətində və digər bölgələrdə antiterror tədbirləri tətbiq edilib.

Daha sonra isə Belarus prezidenti Aleksandr Lukaşenko 20 ildən bəri tanıdığı Priqojinlə danışığa getməsi üçün Moskvaya təklif verib və razılıq alıb. Ötən gecə bu danışıq  öz bəhrəsini verib və Priqojin yola gətirilib...

Onu da qeyd edək ki, son zamanlar Rusiya və İran arasında münasibətlər daha da yaxınlaşıb. 

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin imzalanması ilə bağlı razılığa da gəliblər.

Bu yol “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir və Rusiyanın Baltikyanı limanlarını İranın Fars körfəzindəki limanları ilə birləşdirəcək.


JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN