Avropa Komissiyası Avropa Xarici Fəaliyyət Xidməti ilə əməkdaşlıq edərək, Moldovanı Avropa Birliyinə "gətirən" tədbirlər paketini hazırlayıb və dərc edib.
Eyni zamanda, AK prezidenti Ursula fon der Leyen bildirib ki, Aİ yeni paketlə Moldovaya dəstəyini nümayiş etdirir və Moldovanın Avropaya inteqrasiyasını sürətləndirmək üçün işləmək niyyətindədir.
Beş dəstək prioriteti var. Bunlar iqtisadi inkişaf, islahatlara dəstək, enerji təhlükəsizliyinin təmin edilməsi, informasiyanın manipulyasiyasına və xaricdən müdaxilələrə qarşı mübarizədir.
Sənəddə həmçinin izah edilir ki, elan edilmiş tədbirlərin 2021-2027-ci illər üçün Aİ-nin uzunmüddətli büdcəsindən vəsaitlərin yenidən bölüşdürülməsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Brüssel xatırladıb ki, Avropa İttifaqı 2021-ci ilin payızından başlayaraq Moldovaya çoxsaylı böhranların öhdəsindən gəlmək üçün artıq 1,2 milyard avro ödəyib.
E.ŞİRİNOV