Cənub Qüvvələr Qrupunun bölmələri bir sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin (USQ) Donetsk istiqamətində 15 hücumunu uğurla dəf edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.
"Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri Donetsk, Krasnoliman və Yujno-Donetsk istiqamətlərində uğursuz hücum əməliyyatları cəhdlərini davam etdirib. Donetsk istiqamətində Cənub Qüvvələr Qrupunun müdafiə bölmələrinin bacarıqlı və cəsarətli hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Beloqorovka, Artemovsk, Pervomayskoye, Lastochkino, Vodyanoye və Veseleye yaşayış məntəqələri ərazilərində düşmənin 15 hücumu uğurla dəf edilib", - Konaşenkov deyib.
Onun sözlərinə görə, döyüş əməliyyatları zamanı Ukrayna Silahlı Qüvvələrinin itkiləri 265-dən çox ukraynalı hərbçi, bir tank, iki piyada döyüş maşını, səkkiz maşın, iki Msta-B haubitsa və bir D-20 silahı olub.
"Bundan başqa, Donetsk Xalq Respublikasının Vyemka qəsəbəsi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 54-cü mexanikləşdirilmiş briqadasının sursat anbarı məhv edilib", - Konaşenkov əlavə edib.
E.ŞİRİNOV