İsveç antiterror qanunvericiliyini dəyişdirərək düzgün istiqamətdə irəliləyir. Lakin Kürdüstan Fəhlə Partiyasının tərəfdarları ölkədə aksiyalar keçirərkən bu, onun NATO-ya üzv olmasına kömək etməyəcək.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Mətbuat xidmətinin məlumatına görə, prezident Niderlandın Baş naziri Mark Rutte ilə telefon danışığında bu məsələ ilə bağlı mövqeyini bildirib.

“Ərdoğan bildirib ki, İsveç terrorla mübarizə qanunlarına dəyişiklik etməklə düzgün istiqamətdə addımlar atıb, lakin bu fonda PKK tərəfdarlarının terroru təbliğ edən hərəkətləri sərbəst şəkildə aparması bu addımları faydasız edir”, – Türkiyə liderinin ofisinin bəyanatında deyilir.

Bundan əlavə, Ərdoğan Stokholmda artıq bir neçə dəfə keçirilən Quranın yandırılması ilə bağlı aksiyaların həyata keçirilməsini qəbuledilməz adlandırıb. Yerli hakimiyyət onlara icazə verib.

Yeri gəlmişkən, Türkiyə prezidenti ötən həftə Almaniya kansleri Olaf Şoltsla söhbəti zamanı təxminən eyni şeyi deyib. O, PKK tərəfdarlarının “terrorizmi tərifləyən nümayişləri sərbəst şəkildə təşkil etməyi, insanları öz sıralarına cəlb etməyi və terror təşkilatlarına maliyyə vəsaiti ayırmağı” qəbuledilməz adlandırıb.

Qərb mətbuatının yazdığına görə, bu mövqe Ankaranın alyansın iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitində İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqləyəcəyini ehtimal etmir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN