Ukraynaya hərbi yardımın göstərilməsi zərurəti fonunda NATO ölkələri silah alışı ilə bağlı ciddi böhran yaşayır.
Tezadlar.az bildirir ki, bu barədə “Bloomberg” məlumat verib.
Məlumata görə, ABŞ ukraynalıların təchizatını təmin etmək üçün Cənubi Koreyadan adi artilleriya sursatlarını borc götürməyə və ya almağa məcburdur. Nəşr “ABŞ arsenallarında rəflərin boş olduğuna” diqqət çəkib.
Məqalədə qeyd edilib ki, Avropada silahlarla bağlı vəziyyət “daha pisdir”. Müəllif hesab edir ki, Almaniyada və digər Avropa ölkələrində öz silahlı qüvvələrini gücləndirmək üçün təsirli tədbirlər görmək və Ukraynanı silahla dəstəkləmək üçün siyasi iradə yoxdur.
Müəllifin sözlərinə görə, Avropada Kiyevə yardımda birinci yerdə olan Böyük Britaniyada belə, müdafiə xərclərini artırmaq istəkləri yoxdur.
Müəllif NATO-nun satınalma böhranının ciddiliyini qəbul etməyə çağırıb.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, alyansın arsenallarında olan silah və sursat çatışmazlığı çox yaxın gələcəkdə NATO-ya üzv ölkələrin birgə səyləri ilə doldurulmalıdır.
E.ŞİRİNOV