Gürcüstan hökuməti Ukrayna parlamentinin keçmiş prezident Mixail Saakaşvilini əfv etmək çağırışlarına cavab verməyəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə vəkil Şalva Xaçapuridze bildirib.
“Düşünürəm ki, Gürcüstan hökuməti təəssüf ki, çağırışa o qədər də əhəmiyyət verməyəcək”, - Saakaşvilinin maraqlarını təmsil edən vəkil bildirib.
O xatırladıb ki, bundan əvvəl Avropa Parlamenti Saakaşvilini siyasi məhbus kimi tanıyan xüsusi qətnamə qəbul edib. Lakin Gürcüstan hökuməti heç bir reaksiya verməyib. Əksinə, “istehza, aqressiv ifadələr göndərib”.
Xaçapuridzenin sözlərinə görə, Kiyevin müraciəti məsələsində “eyni olacaq”.
Bununla belə, o, təslim olmayacağını və eks-prezidentin azadlığa çıxması üçün “sona qədər mübarizə aparacağını” vəd edib.
Bundan əvvəl Ukrayna Radası Gürcüstan və Aİ-dən humanitar akt – Saakaşvilinin əfv olunmasını istəyib. Açıqlamada onun vəziyyətinin ağır olduğu bildirilir.
E.ŞİRİNOV