İyulun 17-də Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması və polis əməkdaşları tərəfindən tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı rayon polis idarəsinin istintaq şöbəsində araşdırmalar aparılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, körpəni məişət tullantıları qutusuna atan ana S.Qasımova saxlanılıb, onun izahatı alınıb və zəruri istintaq hərəkətləri icra edilib. Toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsinin əlamətləri olduğundan həmin maddə ilə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, S.Qasımova təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
İş üzrə müvafiq istintaq hərəkətləri və araşdırmalar davam etdirilir.