“Xudayar Yusifzadə” gəmisinin Krım körpüsünə pilotsuz uçan aparatlarla hücumda iştirakının mümkün olması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil, çünki hadisə zamanı gəmi Çanaqqalada olub.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a gəminin sahibi olan Palmali Shipping & Agency şirkətindən məlumat verilib.

"Şirkətimizin gəmiləri həm Qara dənizdə, həm də digər bölgələrdə bitki yağı daşıyır. Gəmimizin bu bölgədə olması təəccüblü deyil. Amma bu hadisə ilə heç bir əlaqəmiz yoxdur, partlayış baş verən zaman tankerimiz Çanaqqala boğazında olub. "Xudayar Yusifzadə" tankerinin Krım körpüsünə hücumda iştirakı ehtimalı ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil", - Palmali Shipping & Agency gəminin hücumda əli ola biləcəyi ilə bağlı iddiaları şərh edərkən bildirib.

Əlavə ediblər ki, “Xudayar Yusifzadə” gəmisi yükləri yükləmək üçün Rostov-na-Don limanına üzürmüş.

"İyulun 8-də saat 08:35-də Qara dənizdən Azov dənizinə keçərkən, Rusiya sərhəd xidmətinin yoxlaması ərəfəsində Kerç boğazında lövbər salıb. Gəmilərin çoxluğu ilə əlaqədar yoxlamanın gözləməsi gecikib. Gəmi lövbərdə olarkən, iyulun 13-də müqavilə bağlamaq üçün limana göndərilib. Gəminin Azov dənizinə keçidi qeyri-mümkün olub, ona görə də dönüb və yeni daşıma müqaviləsinə uyğun olaraq yükləri yükləmək üçün Elefsis (Yunanıstan) limanına yollanıb”, - şirkətdən bildiriblər.

“Palmali Shipping & Agency” vurğulayıb ki, “Xudayar Yusifzadə” gəmisi heç bir halda Rusiya ilə Ukrayna arasında münaqişədə iştirak etməyib, heç bir qanunsuz hərəkət etməyib, qadağan olunmuş yük və ya hərbi texnika daşımayıb.

"Biz sırf daşıma ilə məşğul olan nəqliyyat şirkətiyik. Şirkətimizin adının belə xoşagəlməz hadisələrlə hallanmasını istəmirik", - şirkətdən bildiriblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN