...Hər dəfə deyilməsinə baxmayaraq avtomobili idarə edərkən telefonla danışmaq, vatsapa cavab vermək... ciddi avtoqəzalara səbəb olur...
Bu gün belə bir səbəbdən 8 noyabr prospektində (Naxçıvanski adına Ali Hərbi Məktəbdən Bakı şəhəri istiqamətjnə) belə bir hadisə baş vermişdir. "Təzadlar"ın əməkdaşı hadisə yerindən bildirir ki, avtomobil ani olaraq yolkənarı maneəyə dəyərək aşmışdır. Xoşbəxtlikdən daha ciddi bədbəxt hadisə baş verməmişdir.
Sürücülər, yolda telefonla danışmağa, vatsap yazışmalarına son verin. Əks -halda, şəkildə gördüyünüz hadisənin "qəhrəmanı" ola bilərsiniz...
RAMİZ