Salyan rayonunda ağır yol qəzası baş verib...
Tezadlar.az bildirir ki, hadisədə ölən və yaralananlar var. Avtoqəza yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil digər iki avtomobillə toqquşub. Qəzada həyatını itirən Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Rəhim Abdullayevdir. 1974-cü il təvəllüdlü Nəsirova Yaqut Gülbala qızı, 1964-cü il təvəllüdlü Əliyev Şahin Mirzəbala oğlu, 1995-ci il təvəllüdlü Musazadə Amil Tapdıq oğlu və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.
Sürücülər, niyə sərnişin daşıyarkən diqqətli və ehtiyatlı olmurlar? Müəmma olaraq qalır...
XƏYYAM