Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində fəaliyyət göstərən "Aysberq" kafesinin ətrafında, Yevlax rayonunun Aran qəsəbəsindəki avtoyuma məntəqəsinin yaxınlığında və Samux rayonunun Kolayır kəndi ərazisindəki dərədə məişət tullantılarının qalaqlanaraq yandırılması faktları müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov TEZADLAR.AZ-a bildirib ki, araşdırma zamanı tullantıların Xaçmaz və Yevlax rayonları ərazilərində iaşə obyektlərinin əməkdaşları tərəfindən ətraf ərazilərə atıldığı, Samux rayonunda isə Samux Mənzil Kommunal Təsərrüfatı və İstehsalat Birliyinə məxsus yük maşınından dərəyə boşaldıldığı məlum olub.

“Faktlarla bağlı “Aysberq” kafesinin istifadəçisi Namik Əsədov, avtoyuma məntəqəsinin işçisi Cəsarət Zülüyev və Samux MKTİB-nin yük maşınının sürücüsü Qara Əliyev barəsində akt, protokol tərtib olunaraq qanunamüvafiq tədbirlər görülüb”.

Xidmət rəsmisinin sözlərinə görə, ərazilərin təmizlənməsi və mütəmadi nəzarət olunması ilə bağlı hər üç müəssisənin məsul şəxslərinə məcburi göstəriş verilib, Samux MKTİB-nin rəhbərliyinə isə sürücülərin fəaliyyətini nəzarətdə saxlaması üçün ciddi xəbərdarlıq olunub.
***
Xatırladaq ki, 22 iyul tarixində Lerik rayonunun Gürdəsər, Tovuz rayonunun Yanıqlı, Sabirabad rayonunun Şirvan, Şabran rayonunun Dənizkənarı, Qusar rayonunun Qusar, İsmayıllı rayonunun Qalınçaq, Şəki rayonunun Göynük, Ağcabədi rayonunun 1 saylı, Balakən rayonunun Qabaqçöl, Göygöl rayonunun Hacıkənd, Masallı rayonunun Masallı, Bərdə rayonunun Aslan-Əyricə, Gədəbəy rayonunun Qızılca və Qəbələ rayonun Yenikənd meşəbəyliyiklərində təmizlik aksiyaları keçirilib.
Nazirliyin regional bölmələrinin, yerli icra orqanlarının əməkdaşlarının, yerli Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin nümayəndələrinin, sakinlərin iştirakı ilə keçirilən aksiyalar zamanı ümumilikdə 4.5 tondan artıq müxtəlif növ tullantı yığılaraq ərazilərdən daşınıb.

Bütün vətəndaşlara çağırış edirik ki, meşə ərazilərində istirahət edərkən tullantıları ətrafa atmasınlar, isti yay günlərində kiçik bir şüşə parçasının, siqaret kötüyünün və digər tullantıların böyük yanğınlara səbəb ola biləcəyinin fərqində olsunlar. Gəlin ətraf mühitimizi birgə qoruyaq.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN