Moskvaya hücum edən bütün dronlar zərərsizləşdirilib.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Federasiyası başçısının mətbuat katibi Dmitri Peskov PUA-nın paytaxta hücumunu şərh edərkən deyib.

"Bu günün pilotsuz təyyarələri zərərsizləşdirilib. Yəni bununla bağlı tədbirlər görülür", - Peskov Moskvada hava hücumundan müdafiə sistemlərinin işinin qiymətləndirilməsi ilə bağlı sorğuya cavab olaraq bildirib.

Müdafiə sisteminin inkişafı və onun daha intensiv işinin təmin edilməsi məsələsini Kreml təmsilçisi Müdafiə Nazirliyinə yönləndirib.

İyulun 24-nə keçən gecə Moskva səmasında pilotsuz təyyarə ilə hücum cəhdi dəf edilib. Müdafiə Nazirliyindən bildirilib ki, pilotsuz uçuş aparatları elektron döyüş vasitəsi ilə məhv edilib və qəzaya uğrayıb. Pilotsuz təyyarələrdən biri Komsomolski prospektindəki binaya, digəri isə Lixaçev prospektindəki tikintisi başa çatmamış göydələnə dəyib. Hadisə nəticəsində tələfat olmayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN